کتاب فتنه وهابیت ( به زبان ترکی)

VƏHHABİ FİTNƏSİ

ƏLİ ƏSĞƏR RİZVANİ

نام کتاب:....................................... فتنه وهابیت

مؤلف:.................................. علی اصغر رضوانی

مترجم:......................................... عادل احمداف

ناشر:................................................. .شهریار

تاریخ چاپ:...........................................1385

نوبت چاپ:................................................اول

تیراژ:.................................................3000

Kitabın adı:..................................Vəhhabi fitnəsi

Müəllif:....................................Əli Əsğər Rizvani

Tərcümə edən:...............................Adil Əhmədov

Nəşr edən:...............................................Şəhriyar

Çap tarixi:......................................................2006

Çap növbəsi:..............................................Birinci

Tiraj:..............................................................3000

964-5934-79-6

Giriş

Tarix boyu Mәhəmməd (s) və onun pak Əhli-beytinə (ə) mənsub mədəniyyətin yayılma prosesi, bir çox qərəzkarlıq və düşüncəsizliyə məruz qalmışdır. Bu ədəbsizlik, Vəhhabilik və Sələfilik təfəkküründə bariz şəkildə özünü göstərir. Bu ideologiya, bütün dünya müsəlmanlarını dindən xaric edərək, yalnız özlərini müsəlman sanır. Bu təfəkkür tərzinin nümayəndələri –bir qrup bədxah şəxslər, yüksək insani dəyərləri özündəəks etdirən bir dini, kobud və iyrənc şəkildə tanıtdırmaqla, dünya müsəlmanlarını və digər dinləri problemlə üzləşdirmişlər. İslam peyğəmbərinin (s) övladları ilə müxalifətə qalxan İbn Teymiyyə, bu tərzi-təfəkkürün banisi sayılır. Onun görüşləri yeddinci yüzillikdən on üçüncü yüzilliyə (h.q.) qədər unudulmuş və İslam məzhəblərinin ziyalı təbəqəsinin etirazına səbəb olsa da, bir əsrə yaxındır ki, bu təmayülçü ideya yenidən İslam cəmiyyətində baş qaldırmış və müəyyən şəxslər tərəfindən müzakirə obyektinə çevrilərək özünə geniş auditoriya tapmışdır. Burada təmayülçü fikir cərəyanlarını tanıtdırmaqla, İslami birliyin nə ilə ölçülməsini açıqlamaqda İslam mütəfəkkirləri məsuliyyət daşıyır. Şübhəsiz, ətrafında toplaşacağımız bu meyar, Mühəmmədə (s) mənsub xalis İslam dinidir. Əziz İslam peyğəmbərinin (s) Əhli-beytinə (ə) sevgi və itaət əsasında qurulmuş bu meyarın kobud rəftar, yersiz fiziki təsir, əxlaq normalarından kənar sözlər, terrorizm, bombardman kimi mənfi xüsusiyyətlərlə heç bir əlaqəsi yoxdur. Elmi yığıncaqlarda sağlam bir ortamda münazirələr – disputlara girərək həqiqi və xalis təfəkkür tərzini göstərmək üçün, bu çirkin və siyasi təmayülçü hərəkata ehtiyac duyulmur. Əgər söylədikləri doğrudursa bilik, düşüncə və məntiq meydanı onların yolunu gözləyir.

İran İslam respublikasında İmam Xomeyninin başçılığı altında böyük İslam inqilabı zəfər çaldıqdan vəbu inqilab, ali dini lider Ayətullah Xamenei tərəfindən idarə edildikdən sonra, Sihyonist rejiminin və dünya hegemonlarının, İslamın orijinal ideologiyasına yönəlmiş hücumlarıyeni müstəviyə keçdi.

Sonra müqəddəs Cəmkəran məscidinin vəqf əmlaka qəyyumluq vəzifəsinin məsulu Ayətullah Vafiyə, hörmətli müəllif ustad Əli Əsğər Rizvani cənablarına, eləcə də Əhli-beytinə (ə) maarifinin rəvac tapmasında bəzə kömək edən bütün əzizlərimizə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, kitab oxucularımız tərəfindən layiqincə qarşılanacaq və Allahın razılığını əldə edəcəkdir.

Müqəddəs Cəmkəran məscidinin nəşriyyat məsulu Hüseyn Əhmədi

Ön söz

Müsəlmanlarin əksəriyyəti ilə ziddəyyətə girən məzhəblərdən biri də “Vəhhabilik” adı ilə tanınmış firqədir. Bu məzhəb öz təsisatçısı Mәhəmməd ibn Əbdül-Vəhhaba mənsubdur. O, tövhid və sələfçilik pərdəsi altında Ali-Səudun himayəsi ilə, İbn Teymiyyənin fikirlərini yayan şəxs kimi tanınmışdır.[1]Vəhhabilik hicri qəməri tarixi ilə XII əsrdə (XVIII əsrin ortaları m.t.) meydana gəlmişdir. Hər şeydən öncə vəhhabiliyin banisi və onun yayılması haqda qısа şəkildə ilkin məlumat verməyi faydalı hesab edirik

Mәhəmməd ibn Əbdül-Vəhhab
Mәhəmməd ibn Əbdül-Vəhhab hicri qəməri tarixi ilə 1111-ci ildə[2] (1691 m. t.) anadan olmuş və 1206-cı ildə (1786 m. t) vəfat etmişdir. Hənbəli məzhəbinin dini elm ocaqlarına daxil olaraq Üyəynə şəhərinin savadlı şəxslərindən bir çox fənnləri əxz etdi. O, təhsilini təkmilləşdirmək məqsədi ilə Mədinə şəhərinə getməli oldu. Daha sonra İbn Əbdül-Vəhhabın İslam ölkələrinə səfəri başladı. Dörd il Bəsrədə, beş il Bağdadda qaldıqdan sonra İrana gələrək Kürdüstan əyalətində bir il, Həmədanda isə iki il müddətində məskən saldı. O, fəlsəfə və təsəvvüf (sufilik, irfan) elmlərini İranın İsfаhan və Qum şəhərlərində öyrəndikdən sonra Hicaza qayıtdı. Səkkiz ay evdə ibadətlə məşğul olduqdan sonra öz təbliğatına başladı.

Atası ilə birlikdə Hüreymilə şəhərinə köçərək atasının vəfatına kimi o şəhərdə qalmalı oldu. Deyilənlərə görə, çoxları kimi atası da onun yanlış fikirlərinə qarşı çıxaraq, oğluna öz etirazını bildirmişdi.

Mәhəmməd bin Əbdül-Vəhhabın əksər müsəlmanların əleyhinə olan vəəslində İbn Teymiyyənin baxışlarını özündə cilvələndirən, xurafatla dolu azğın fikirləri xalqda o dərəcədə hiddət doğurur ki, hətta onu öldürmək qərarına gəlirlər. Lakin o, Üyəynə şəhərinə qaçmaqla ölümdən yaxa qurtarır.

O zaman Osman ibn Muəmmər həmin şəhərə rəhbərlik edirdi. Osman, Şeyx Məhəmmədə Ərəbistan yarımadasında öz təlimini yaymaqda kömək edəcəyini söz verir. Üyəynənin əmiri bacısı Cövhərəni Mәhəmməd ibn Əbdül-Vəhhabla evləndirməsi də bu qarşılıqlı müqavilənin möhkəmlənməsi istiqamətində idi. Ancaq bu əhdi-peyman və izdivac davam etmədi. Məhəmməd əmirin onа qаrşı sui-qәsd hаzırlаdığını zənn edərək, qorxudan yalançı Müsəyləmənin yaşadığı Dəriyyə şəhərinə qaçdı.

Üyəynədə qaldığı ilk andan şəhər əmirliyinin himayəsi ilə öz yanlış inanc və fikirlərini yаymаğа başladı. Onun Zeyd bin Xəttabın qəbrini dağıtması xalq arasında kəskin narazılığa və qalmaqala səbəb oldu. Dəriyyədə isə şəhərin əmiri Mәhəmməd ibn Səudla görüşdü. İki tərəfli sazişəəsasən, Mәhəmməd ibn Səud ona kömək etməli, o isəəvəzində iqtidarı müdafiə etməli idi.

Mәhəmməd ibn Səud da ibn Əbdül-Vəhhabla bu qarşılıqlı ittifaqın daha da möhkәmlәnmәsi üçün qızlarından birini ona ərə verdi. O, ilk öncə Üyəynə şəhərinin hakimini kafir və müşrik adlandıraraq, onun е’dаm edilməsinə hökm verdi. Üyəynəyə hücum etməkdə Ali-Səuda təkan verən də mәhz o oldu. Bu yürüş saysız-hesabsız insanın ölümünə, evlərin qarət və viran edilməsinə və hətta namuslarına belə təcavüz olunmasına səbəb oldu. Beləliklə, vəhhabilər tövhid şüarı, bidət və şirklə mübarizə pərdəsi altında öz hərəkatını bаşlаdı.

Mәhəmməd ibn Əbdül-Vəhhab müsəlmanların əziz İslam peyğəmbərinə (s) tapınmasını (təvəssül etməsini), ilahi şəxslərin məzarları üzərində günbəz və məqbərə ucaltmasını, qəbirləri ziyarət etmək məqsədi ilə səfərә çıхmаsını, Allah dostlarından şəfaət diləmələrini və bu kimi digәr mәsәlәlәri əldəəsas tutaraq, onun puç və batil əqidəsi ilә uyğun gәlmәdiklәrinә görə bütün İslam əhlini kafirlikdə ittiham edirdi.[3]

Üyəynə şəhərini işğal etdikdən sonra, digər ərazilərə qoşun çəkərək, tövhid şüarı, bidət və şirk və onun cilvələrinin inkar edilməsi bəhanəsi ilə Nəcd vəətrafyanı müsəlman ölkələrinə, o cümlədən: Yəmən, Hicaz, Suriya ətrafı və İraqa soxuldular. İnsanlara zərrə qədər rəhm qılmayan bu azğınlar onların əqidəsini qəbul etməyənləri yerlə yeksan edir və mallarını qarət edirdilər.[4]

Vəhhabilərin bu ifrat fikirləri və kobud rəftarı müstəmləkəçiləri sevindirən, müsəlmanlar arasında isə fikir ayrılığı, hərcmərclik və iğtişaştörədici başlıca amilə çevrildi. Belə ki, lord Korzon, vəhhabi аyinini təsnifləndirərək deyir: “Bu, xalqa bəxş edilmiş ən ali və dəyərli dindir.”[5]

Hazırda Mәhəmməd ibn Əbdül-Vəhhabın dünyadan getməsinə baxmayaraq, bir çox şərqşünas və müstəmləkəçilər daima onun baxışlarını müdafiə edirlər. Hətta yəhudi şərqşünası Cüllеd Tәshir onu Hicazın peyğəmbəri adlandırarаq, xalqı onun fikirlərini dəstəkləməyə çağırır.[6]

Kərbəlada şiələrin amansızcasına qətlə yetirilməsi
Doğrudan da vəhhabilər müqəddəs ziyarət ocaqlarında törətdikləri cinayət aktları ilə tarixin səhifəsini zülmətə qərq edərək, alınlarına şərəfsizliklərini əks etdirən həmişəlik damğa vurdular.

Bu məzhəbin nümayəndəsi olan Səlahәddin Muxtar yazır: Səud 1216-cı (h.q) ildə Nəcd, Cənubda yaşayan tayfalar, Hicaz və digər bölgələrin əhalisindən ibarət böyük qoşunla İraqa tərəf hərəkət edərək ziqədə ayında Kərbəlaya yetişdi. Onlar Kərbəlanı mühasirəyə aldıqdan sonra şəhərə basqın edərək, qala və divarları darmadağın etdilər. Küçə və bazarda olan dinc əhalinin əksəriyyəti qətlə yetirildi. Şəhəri talan etdikdən sonra günortaya yaxın qarət olunmuş mal-dövlətlə oranı tərk etdilər. Qənimət olunmuş malları Səudun özü mənimsədi. Yerdə qalanını isə hər piyadaya bir hissə və süvariyə iki hissə düşmək şərtilə qoşunun arasında bölüşdürdü.[7]

Vəhhabi tarixçilərindən sayılan Şeyx Osman Nəcd yazır: Vəhhabilər gözlənilmədən Kərbəlaya soxuldular. Əhalinin böyük əksəriyyətini küçədə, bazarda və öz evlərində qətlə yetirdilər. (Onlar hətta Peyğəmbərin (s) nəvəsinə belə ehtiram etməyib) Hüseynin (ə) məzarını dağıdaraq, hərəmə (məqbərəyə) aid bütün qiymətli əşyaları mənimsədilər. Şəhərdə olan mal-dövlət, qiymətli daş-qaş, silah, geyim, xalça, qızıl və nəfis Quran kitablarını oğurladılar. İyirmi min günahsız insanın həyatına son qoyduqdan sonra, günortaya yaxın şəhəri tərk etdilər.[8]

Bəzi tarixçilərin yazdıqlarına görə vəhhabilər bir gecədə iyirmi min nəfəri qətlə yetirdilər.[9]

Mirzә Əbi Talib İsfаhani öz səfərnaməsində yazır: Londondan qayıdıb Kərbəla və Nəcəf şəhərlərindən keçərkən iyirmi beş min nəfər vəhhabinin Kərbəlaya hücum çəkdiyinin şahidi oldum. Onlar, “Müşrikləri öldürün və kafirlərin başlarını kəsin” şüarlarını səsləndirərək, beş min nəfərdən çox insanın ölümünə səbəb oldular. Yaralıların isə sayı-hesabı yox idi. İmam Hüseynin (ə) müqəddəs məzarının ətrafı ölü cəsədləri ilə dolu idi. Başsız bədənlərdən qan su yerinə axırdı.

Mən bu hadisədən on bir ay sonra Kərbəlaya getmişdim. Xalq “tövhid carçılarının” törətdikləri vəhşilikləri xatırlayaraq ağlayırdılar. Bu ürəkağrıdıcı hadisəni eşidən hər bir kəsin bədəninin tükləri qalxır və vücudu lərzəyə gəlirdi.[10]

Vəhhabilər Kərbəla əhalisini kütləvi şəkildə rəhimsizcəsinə qırğına verərək, İmam Hüseynin (ə) müqəddəs hərəminə (məqbərəsinə) son dərəcə hörmətsizlikdən sonra həmin ordu ilə Nəcəf şəhəri istiqamətində hərəkət etdilər. Lakin Nəcəf camaatı onların Kərbəlanı qarət etməsi və törətdikləri cinayətkarlıqdan xəbər tutduğu üçün əvvəlcədən müdafiəyə hazır idilər. Hətta qadınlar vəhhabilərin qarət, qətl vә nаmusа tәcаvüz kimi qeyri-insani davranışlarının qurbanı olmamaqları üçün öz kişilərini onlarla mübarizəyə təhrik edirdilər.

1215-ci (h. q) ildə Həzrət Əlinin (ə) müqəddəs məqbərəsini dağıtmaq məqsədi ilə Nəcəf şəhərinə yollanmış bir qrup vəhhabi isə yolda bədəvi ərəblərlә qarşı-qarşıya gələrək nəticədə məğlubiyyətə uğradılar.[11]

Vəhhabilərin on il әrzindә bir neçə dəfə Kәrbәlа vә Nəcəf şəhərlərinə kəskin hücumları olmuşdur.[12]

Hicazda Taif əhalisinin kütləvi qırğını
Bəlkə də ilk baxışda bəziləri belə düşünsün ki, vəhhabilər yalnız şiələrin yaşadığı ərazilərə hücum etmiş və təkcə bu məzhəbin nümayəndələrinin yaşadığı şəhərləri çapıb talamışlar. Lakin onların Hicazda və Şamdakı kobud davranışına nəzər saldıqda aydın olur ki, hətta sünnilərin yerləşdiyi məntəqələr belə, onların vəhşicəsinə törətdikləri cinаyәtlәrdәn kənarda qalmamışlar.

Cəmil Sidqi Zəhabi vəhhabilərin Taif şəhərinə hücumu barəsində yazır: 1217-ci (h. q) ildə Taif camaatının kütləvi qırğını vəhhabilərin törətdikləri ən çirkin işlərdəndir. Böyük və kiçiyə hörmət etməyən bu qansızlar südəmər körpəni ana döşündəcə öz qanına bulaşdırdılar. Quran oxumaqla məşğul olanları və məsciddə namaz qılmaqda olan şəxsləri belə qətlə yetirdilər. Quran, Səhih-Buxari, Sәhih-Müslim vә digәr hədis və fiqh kitablarını küçə və bazarlarda аyаqlаr altına аtаrаq aradan apardılar.[13]

Vəhhabilər Taif şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən vəhşilikdən sonra Məkkə alimlərinə ünvanladıqları məktubda onları öz ayinlərinə dəvət etdilər. Alimlər məktubu cavablandırmaq məqsədi ilə Kəbəyə toplaşdılar. Elə bu an vəhhabilərin zülmünə məruz qalmış Taif əhalisindən bir qrupu Məscidül-Hərama daxil olaraq, onların başına gətirdiklərini məclis əhlinə açıqladılar. Bunu eşidən iştirakçılar dəhşətə gəldilər. Sanki bir anlığa orada qiyamət səhnəsi quruldu. Sonda isə Məkkədən və digər İslam ölkələrindən Həcc ziyarətinə gələn sünnə-əhlinin dörd əsas müfti və alimləri vəhhabilərin kafir olmasına dair qərar çıxardaraq, onlarla mübarizəyə qalxmağı Məkkəəmirliyinə zəruri hesab etdilər. Onlar həmçinin əlavə etdilər ki, bu cihadda (vəhhabilərlə mübarizədə) iştirak etmək hər bir müsəlmana vacibdir. Bu yolda ölənlər isə şəhid hesab olunur.[14]

Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Kontr-admiral General Əyyub Səbri, Osmanlı dövlətinin hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: Mәhəmməd ibn Əbdül-Vəhhabın sözlərindən təsirlənmiş Əbdül-Əziz bin Səud qəbilə başçıları qarşısında söylədiyi birinci çıxışında dedi: Biz bütün şəhərlərə və abadlıqlara sahib olmalı, öz əqidə və şəriətimizi onlara aşılamalıyıq... Bu arzunun həyata keçməsi üçün özlərini peyğəmbər sünnəsinin və Mәhəmməd şəriətinin ardıcılları hesab edən əhli-sünnənin elm adamlarını aradan götürməliyik.

Başqa sözlə desək, özlərini əhli-sünnə alimi kimi qələmə vermiş müşrikləri qılıncdan keçirməliyik; Bu siyasətin ilk qurbanları öncə tanınmış və diqqət mərkəzində olan bilik sahibləri olmalıdır; çünki, nə qədər ki bunlar sağdır, bizim dindaşlarımız xoş gün görməyəcəklər. Bu mәrhәlәdә ilk növbədə özlərini alim kimi tanıtdıran şəxslərin kökünü kəsib, daha sonra Bağdadı işğal etməliyik.[15]

Eləcə də yazır: Səud bin Əbdül-Əziz 1216-cı (h.q) ildə Məkkəni ələ keçirdikdən sonra bir çox sünni alimlərini səbəbsiz olaraq şəhadətə çatdırdı. Habelə bir çox nüfuzlu və görkəmli şəxsiyyətləri heç bir ittihamı olmadan dara çəkdirdi. Vəhhabilərəəyilməyərək öz əqidələrində möhkəm duranları isə, müxtəlif işgəncələrlə hədələdi. Daha sonra göndərdikləri carçılar küçə və bazarda fəryad çəkərək deyirdilər: “Ey camaat! Səudun dininə üz gətirin və onun hər yeri bürümüş geniş kölgəsi altına sığının.”[16]

Səudun Mədinədə dinə qarşı hörmətsizliklə söylədiyi küfrlə dolu xütbəsi
Səud ibn Əbdül-Əziz Mədinəni işğal etdikdən sonra şəhərin bütün əhalisini Məscidün-Nəbidə toplayaraq, məscidin qapılarını bağladıqdan sonra xütbəsini bu sözlərlə başladı:

“Bu gün dininizi sizin üçün kamil etdim”[17] ayəsinəəsasən, sizin dininiz bu gün kаmil oldu və İslam neməti ilə zinətləndiniz. Heç bir şəriki olmayan Uca tanrının razılığını əldə etdiniz. Ata-babalarınızın puç və batil dinlərini boşlayın. Heç vaxt onları müsbət qiymətləndirməyin. Məbada onlara salam və rəhmət göndərəsiniz; çünki o dinlərin hamısı şirkə qoşularaq aradan getmişdir.[18]

Tarixi abidələr və mədəniyyət əsərlərinin məhv edilməsi
Keçmişdə yaşamış insanların tarixinin qorunması və qədim mədəniyyət əsərlərinin toxunulmazlığı hər millətin svilizasiya göstəricisidir. Dövlətlər bu mirasın keşiyində durmaq üçün xüsusi idarələr təsis edir və mahir mütəxəssislər yetişdirirlər. Onlar bu zəmində hətta bir saxsının və daş üzərinə həkk edilmiş kiçik bir kətibənin (yazının) belə aradan getməsinə icazə vermirlər.

Şübhəsiz, müsəlmanların səmavi təlimlər sayəsindəəsasını qoyduğu İslam mədəniyyəti, əsrinin ən öncül svilizasiyası sayılırdı.

Çiçəklənməkdə olan bu svilizasiya hicri-qəməri tarixi ilə dördüncü və beşinci əsrdə özünün ən ali zirvəsinə yetişdi. Qərb tədqiqatçılarının etirafına görə, İspaniya və xaç yürüşləri vasitəsilə avropaya təsir göstərən bu svilizasiya son yüz illikdə qərbdə intibah dövrünün ən başlıca səbəblərindən biri hesab edilir.

Hәzrәt Peyğəmbərin (s) şəxsən özünə və vəfalı dostlarına mənsub tarixi əsərlər və abidələr bu böyük svilizasiyanın ümumi mirasının bir hissəsi olması etibarı ilə, onların qorunub saxlanılması, bu mədəniyyət və svilizasiyanın yaradıcılarına ehtiram əlamətidir. Habelə, bu tarixi əsərləri məhv etmək fikir düşkünlüyünün, tarix və svilizasiyanın banilərinə diqqətsizliyin nəticəsidir ki, zaman keçdikcə tarixi reallıq və dini orijinallığın yaddaşlardan silinməsinə gətirib çıxarır. Ən başlıcası isə fitri istəklərin tənəzzülünə və bəşər cəmiyyətində parlaq istedadların zəifləməsinə səbəb olur.

Qurani-Kərimdə açıq-aydın göstərilir ki, keçmiş xalqlar öz peyğəmbərlərinin (s) tarixi əsərlərini qoruyub saxlamaqda əllərindən gələni əsirgəmir, hətta o abidələrə təbərrük edirlər; аiləsindən Musa və Haruna böyük irs qalmış əşyaları bir sandığa yığaraq, ona sığınmaqla düşmən üzərində qələbəçalmaq üçün onu özləri ilə döyüşlərdə gəzdirmələrini buna misal vurmaq olar. Allah-tәala bu barədə buyurur:

“(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq (mənəvi bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır.”[19]

Cəlalәddin Süyutinin nəql etdiyinə görə, Allahın Rəsulu (s) «...Fi buyutin әzinәllаhu әn turfә’ә vәyuzkәrа fihәsmuhu»[20] ayəsini məsciddə oxuyarkən bir nəfər qalxaraq soruşdu: «Bu аyәdә еvlər dedikdə nə nəzərdə tutulur?» Hәzrәt Peyğəmbər (s) buyurdu: «Peyğəmbərlərin evləri.» Elə bu an Əbubəkr qalxıb Əli (ə) və hәzrәt Zəhranın (ə) evinə işarə edərək: «Ey Allahın Peyğəmbəri (s)! Bu ev Allahın onun dərəcəsinin yüksəldilməsinə izin verdiyi evlərdəndirmi?» dedikdə, Həzrət (s) buyurdu: «Bəli, bu onların ən üstünüdür.»[21]

Bu hadisə onu göstərir ki, Allah yanında peyğəmbərlərin vəəməlisalehlərin evlərinin xüsusi dərəcə və hörməti var. Bu ehtiram isə maddi materiallara – qum, palçıq və kərpicə görə deyil, oranın sakini olmuş dahi insanlara xatirdir.

Peyğəmbərlər və övladlarının dəfn edildiyi ölkələrə səyahət etdikdə görürük ki, оnların davamçıları öz peyğəmbərlərinin məzarlarını qoruyub saxlamış və üzərində möhtəşəm tikililər və məqbərələr ucaltmışlar. Habelə İslam ordusu Fәlәstin vә Suriyаnı fəth etdikdə, оnlаrın peyğəmbər məzarlarına toxunmadıqlarını, hətta ziyarətgahların keçmiş xidmətçilərini də öz işlərində saxladıqlarını görürük. Məhz bu səbəbdən antik mədəniyyətimizi bizə xatırladan bu binalar ululardan bizə yadigar qalmış və təkcə müsəlmanlar üçün deyil, tək Allahı tanıyan dünyanın bütün insanları üçün xüsusi cazibədarlığı ilə seçilmişdir.

Əgər peyğəmbərlərin və ilahi övliyaların məzarları üzərində tikinti işi aparmaq şirk olsaydı, xəlifələr tərəfindən təyin edilmiş şəxslər o şəhərlərdə zəfər çaldıqdan sonra, o binaları aradan aparmalı idilər.

İslam ölkələrində və ilahi vəhy nazil olmuş məkanlarda yüzlərlə məzar və məqbərənin yerləşdirilməsinin səfərnamələrdə və tarixi kitablarda göstərilməsi müddəamızı bir daha təsdiqləyir.

Tanınmış tarixçi Məsudi (vəfat tarixi: 345 h. q), Bəqi qəbristanlığında dəfn edilmiş insanların əhli-beytin məzarlarına məxsus bütün məlumatları incəlikləri ilә bəyan etmişdir.[22] Şərq ölkələrini üç dəfə dövr etmiş altıncı əsrin (h.q) məşhur ispanyalı Səyyahı İbn Cübeyr öz səfərnaməsində Misir, Məkkə, Mədinə, İraq və Şamda dəfn edilmiş peyğəmbərlər, əməlisalehlər və imamların müqəddəs məqbərələri haqda təfsilata varmış, eyni zamanda Bəqidə dəfn olunmuş imamların rövzəsi və onların zərihlərinin (qəbir ətrafına çəkilmiş dəmir hasar) xüsusiyyətlərini vәsf еtmişdir.[23]

Məkkə böyüklərinə mənsub tarixi abidələrin dağıdılması
Vəhhabilər 1218-ci (h.q) ildə Məkkənin hakimiyyətini ələ keçirdikdən sonra, din rəhbərlərindən irs qalmış bütün tarixi əsərləri məhv etdilər.

Kəbənin ətrafında və Zəmzəmin üzərində olan bütün qədimi əsərlər vəhhabilər vasitəsi ilə xarab edildi. Ələ keçirdikləri şəhərin əməlisaleh şəxslərinin tarixi abidələrini sıradan çıxardılar. Kəşful-irtiyab kitabının yazdığına görə, onlar bu abidələri xarab edərkən, təbil vurur, rəqs edir və mahnı oxuyurdular.[24]

Vəhhabilərin törətdikləri vəhşilikləri sаymаqlа qurtarmaz. İnsani dəyərlərdən uzaq bu insanlar özlərini bədbəxtlik girdabına bir addım da yaxınlaşdıraraq, Həzrət Xədicənin (ə) evinin üzәrindә ümumi tualet tikdilər. Bu azğınlar hәzrәt Peyğəmbərin (s) doğulduğu yerdə dә bu şərəfsiz işlərini təkrarlamaq istəyirdilər ki, xoşbəxtlikdən xeyriyyəçi bir şəxs oranı kitabxanaya çevirməklə, vəhhabilərin çirkin işinin qarşısını alır.[25]

Böyük kitabxanaların yandırılması
Vəhhabilərin İslam aləminə, ümumiyyətlə bəşəriyyətə vurduğu аğır zərbələrdən biri də çoxsaylı qiymәtli elmi əsərlər yerləşdirilmiş böyük kitabxanaların yandırılmasıdır. Bu kitabxanalardan biri də “Əl-məktəb əl-ərəbiyyə” kitabxanasıdır. 60 min аddа misilsiz qiymətli əsəri olan bu kitabxanada, ayrı-ayrı şəxslər tərəfindən müxtəlif üslublarda yazılmış 40 min nаdir әlyаzmа nüsxə mövcud idi. Bu əlyazmaların arasında cahiliyyət dövrünə mənsub xətt üslubunda yazılmış əsərlər və yəhudilərlə müşriklәr arasında hәzrәt Peyğəmbərin (s) əleyhinə bağlanmış müqavilə хüsusi mаrаq kәsb еdirdi. Eləcə də Həzrət Əli (ə), Ömər, Xalid ibn Vəlid, Tariq bin Ziyad və hörmətli Peyğəmbərin (s) digər səhabələrinin əlyazmaları, habelə Əbdullah ibn Məsud tərəfindən yazılmış Qurani-Kərim mövcud idi. Vəhhabilər bu kitabxananı odlamaqla, sanki bütün elmsevərlərin qəlbinə və İslamın elm хәzinәsinә od vurdular. İnsanlıqdan azacıq bəhrələnmiş hər bir şəxs üçün ürəkağrıdıcı olan bu cinayət bir daha vəhhabiliyin həyasızlığını ifşa edərək, onları şərəfsiz anlamı ilə yaddaşlara həkk etdirdi.

Sözügedən kitabxanada Allahın Rəsuluna (s) mənsub müxtəlif növ silahlar və İslam meydana gələrkən bütpərəstlər tərəfindən “Lat”, “Üzza”, “Mənat” və “Hubəl” kimi sitayiş olunan bütlər saxlanılmışdı.

Nasirəddin Səid tarixçilərin birindən belə nəql edir: Vəhhabilər iqtidarı ələ aldıqdan sonra bu kitabxanalarda küfr yazılarının olması bəhanəsini qabardaraq, onların hamısını odlayaraq külə çevirdilər.[26]

Mədinədə dahilərin abidələrinin məhv edilməsi
Ali-Səud 1344-cü (h.q.) ildə hicaza tam yiyələndikdən sonra Mədinədə olan bütün sahəbələrin abidələrini darma – dağın etdi; аşağıdakı məqbərələr vəhhabili vәhşiliklәrinin günahsız qurbanlarına bir neçə nümunədir:

1. Mədinədə İmam Həsən və Hüseyn (ə) doğulduğu yer;

2. Bədr döyüşündə şəhid olanların məzarları;

3. Bəqidə dəfn edilmiş dörd imamın (İmam Həsən, Səccad, Baqir və Sadiq (ə)) müqəddəs məzarları;

4. İmam Əlinin (ə) Həzrət Fatimə (s. ə.) üçün tikdiyi “Beytul-Əhzan”;

5. İmam Əlinin (ə) anası Fatimə binti Əsədin müqəddəs məzarı...

Vəhhabilərin bir sıra inanc və şərii fətvalarının xülasəsi
Aşağıda göstərilən əməllər vəhhabilər tərəfindən haram hesab edilir. Bu əməlləri yerinə yetirənlər Allaha şәrik qoşaraq dindən çıxmış sayılırlar:

1. İlahi övliyaların məzarlarının ziyarət edilməsi;

2. Peyğəmbərlər və ilahi şəxsiyyətlərin məzarları üzərində bina ucaltmaq (bu əməlin şirk hesab edildiyinə görə);

3. Allah dostlarının qəbirləri üzərində məscid tikilməsi;

4. İlahi adamların qəbirləri kənarında namaz və dua ilə məşğul olmaq;

5. Peyğəmbərlər və övliyalardan təbərrük götürmək;

6. Vəfatından sonra peyğəmbərlər və övliyaları səsləmək;

7. Vəfatından sonra ilahi övliyalara sığınmaq – pənah gətirmək (istiğasə);

8. İlahi şəxslərin vəfatından sonra onlardan yardım diləmə;

9. İlahi övliyalardan şəfaət istəmə;

10. Allahdan başqasına and içmək, məsələn peyğəmbərə, imama, və ya Kəbəyə...;

11. Peyğəmbərlər və imamın haqqına və ehtiramına Allaha and vermək;

12. Peyğəmbər, yaxud İmam üçün nəzr demək;

13. Bayramlarda, peyğəmbərlərin və müqəddəs şəxslərin doğum günlərində şənlik mərasiminin keçirilməsi;

14. İlahi şəxslərin əzadarlığının keçirilməsi;

15. Qəbirlərin üstündə işıq və ya şam yandırmaq;

16. Övliyaların məzarlarını təmizlәmәk və yaxud bəzəmək;

17. Vәfаt еtmiş şәхslәr üçün hüzür;

18. Peyğəmbərlərə və övliyalara təvəssül etmək (onları Allah dərgahında vasitəçi seçmək).

Müsəlmanlar Vəhhabilərin gözündə
Vəhhabilər yalnız özlərini əsil müsəlman və xalis tövhid əhli bilir, digər müsəlmanları isə müşrik hesab edirlər. Onlar İbn Əbdül-Vəhhabın inanclarını qəbul etməyənləri “hərbi kafir” (müsəlmanlarla döyüş halında olan kafirlər) adlandırır və belə insanların hеç bir şәkildә tохunulmаzlıq hüququnа mаlik olmadığını bildirirlər. Bu şәхslәrin mаlını, cаnını vә nаmusunu özlәri üçün hаlаl sаyırlаr. Onlar belə düşünürlər ki, təkcə “La ilahə illallah və Mәhəmmədən Rəsulullah” (Allahdan başqa Allah yoxdur və Mәhəmməd Onun Rəsuludur) cümləsini dilə gətirərək şəhadət vermək kifayət deyil; әsil müsəlman bundan əlavə, peyğəmbərin məscidinə təbərrük etmək, Allahın elçisini ziyarət etmək, ondan şəfaət diləmək və bu kimi işlərdən özünü təmizləməlidir. Çünki, onların fikrincə, təvəssül, şəfaət, ilahi övliyaların ruhlarından yardım diləmək, təbərrük və buna bənzər əməllərə inananlar müsəlman adını özlərinə vermələrinə baxmayaraq, müşrikdirlər. Onların şirki cahiliyyət dövrünün şirkindən daha qorxulu nəzərə çarpır.[27]

Mәhəmməd ibn Əbdül-Vəhhab “Kəşfuş-Şubəhat” adlı əsərində təqribən 24 dəfə “şirk” və “müşriklər” sözünü öz inancını qəbul etmәyənlər haqqında təkrarlamışdır. Həmçinin “kafirlər”, “bütpərəstlər”, “mürtədlər”, “müşriklər”, “tövhid düşmənləri”, “Allah və İslam carçılarının düşmənləri” kimi ifadələri təqribən iyirmi dəfə işlətmişdir.

Vəhhabilər və Xəvaricin oxşar cəhətləri
İslam tarixinə və xəvaric təliminә nəzər saldıqda bu iki təriqətin inanc xəttlərinin bir çox yerlərdə kəsişdiyinin şahidi oluruq.

Vəhhabilik və xəvaricin ideya və davranışlarındakı nəzəri və praktiki bənzərliklər aşağıdakılardan ibarətdir:

1. Xaricilər (xəvaric) vəhhabilər kimi, məşhur fikirlərə zidd, nadir rəy sahibidirlər; Məsələn: Xəvaric böyük günah işlətmiş şəxsi kafir sanırlar.

2. Xəvaricin fikrincə “Darul-İslami” (İslam diyarını), sakinlərinin böyük günaha bulaşacaqları təqdirdə, “Darul-hərb” (müsəlmanlarla döyüş halında olan diyar) adlandırmaq olar. Bu barədə vəhhabilər də eyni fikirdədirlər.

3. Bu iki dəstənin digər bir bənzərliyi, dini məsələlərin yersiz çətinləşdirilməsi və onları dərk etməkdə dar düşüncəlik və fikir donuqluğundadır. Xaricilər “La hukmə illa lillah” (hökm yalnız Allaha məxsusdur) cümləsinə sığınaraq, İmam Əlini (ə) hakimiyyətdən uzaqlaşdırdıqları kimi, vəhhabilər də təkcə bəzi ayələri digər ayələrə diqqət yetirmədən, əldəəsas tutaraq, müsəlmanları kafirlikdə ittiham еdirlәr.

4. Şübhəsiz vəhhabilər puç, yanlış və xurafatla dolu əqidələri ilə, xəvaricin dindən xaric olduğu kimi, dindən çıxmış sayılırlar.

Elə bu səbəbdən Səhihi-Buxaridə gəlmiş bir hədisin vəhhabilərə aid edilməsi heç də təsadüfi deyil.

Buxarinin İslam peyğəmbərindən (s) nəql etdiyi bu hədisdə deyilir: “Şərqdən bir qrup kişi zahir olar. Onlar Quran oxusalar da, oxuduqları boğazlarından yuxarı keçməz. Ox kamandan çıxdığı kimi dindən çıxarlar. Baş qırxmaq onların bir əlamətidir.”[28]

Qəstəlani “İrşadus-sari”[29] əsərində bu hədisi şərh edərkən yazır: «Şərq tərəfdən» dedikdə, Mədinə şəhərinin şərq tərəfi, Nəcd və bu kimi digər ərazilər nəzərdə tutulur.

Hamıya çox gözəl bəllidir ki, Nəcd şəhəri vəhhabilərin mərkəzi vəəsas vətənləri idi ki, sonralar oradan digər şəhərlərə yayıldılar. Eləcə də bilirik ki, başın tükünü qırxmaq və saqqalı uzatmaq onların əlamət və nişanələrindəndir.

5. Hədislərdə Xəvaric barəsində “Onlar müsәlmаnlаrı öldürür, bütpərəstləri isə azad buraxırdılar”[30] söylənilmiş sözlərin, vəhhabilər tərəfindən praktiki olaraq qəddarlıqla həyata keçirildiyinin şahidi oluruq.

6. Əbdullah ibn Ömər Xəvarici təsnifləndirərək deyir: “Bunlar kafirlər barəsində nazil olmuş ayələri möminlərə tətbiq edirlər.” Hazırda vəhhabilərin də bu metoddan istifadə etmələri keçmişdə xaricilərin getdiyi yolu xatırladır.

Vəhhabilərin təbliğat və təşviqat üsulları
Bu məzhəbin nümayəndələri öz təlimlərini inkişaf etdirmək və fikirlərini xalqa təlqin etmək istiqamətində müxtəlif metodlardan istifadə edirlər. Onlardan bəzilərini nəzərdən keçirək:

1- Şiə məzhəbinin kitabları ilə mübarizə

Vəhhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Çünki, elmi məsələlər onların xurafatla dolu xam xəyallarını ifşа еdәrәk üzə çıxarır. Yoxsa, şiələrlə bu qədər qarşıdurma nəyə lazımdır? Onlar həqiqət sorağında, başqaları isə səhv və batil əqidədədirsə, niyə batildən qorxurlar? Görəsən niyə şiəliyə mənsub kitabların cavanların arasında yayılmasına maneçilik törədirlər? Nәyә görә vəhhabi bir tələbəəlində şiə kitabı olmasına görə suçlanaraq universitetdən və təhsil aldığı elmi mərkəzdən qоvulmаlıdır? Vəhhabilərin ağıl və düşüncə sahiblərini həqiqətə yetişmək istiqamətində azad buraxaraq, özlərinin qərara gəlmələrinin qarşısını almalarının səbəbi nədir? Görəsən hansı amil bais olur ki, Misirin beynəlxalq kitab sərgisində görüntüyə qoyulan şiəəsərləri vəhhabilər tərəfindən alınıb yandırılır?[31]

2 – Kitabların məzmununun dəyişdirilməsi
Vəhhabilərin, müxalifləri ilə etdiyi mübarizə yollarından biri dəəhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisəəsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınmışdır. Xüsusilə, vəhhabilərin nəşriyyatlarla sıx əlaqə yaratması, təhrif edilmiş kitabların ucuz qiymәtlәrlә satışı, yaxud daha çox insan kütləsinin əlinə çаtsın deyə, pulsuz paylanması kimi işlərdə müttəfiqliyi müddəamızı inkaredilməz edir.

Bu barədə Mәhəmməd Nuri Deyrsəvi belə deyir: “Hədisləri təhrif etmək və ya ixtisara salmaq vəhhabilər üçün adət halına çevrilmiş daimi işlərdəndir; nümunə olaraq, Nöman Alusinin atası Məhmud Alusinin Kоvnul-Məani adlı təfsirini göstərmək olar. O, vəhhabilәrin әqidәsinә zidd оlаn bütün mətləbləri ixtisara saldı. Bu təhrif aparılmasaydı, onun təfsiri nümunələri təfsir sayılacaqdı.”

Digər bir nümunə isə İbn Qüdamə Hənbəlinin “Muqni” əsərindən öz nəzərlərində şirk sayıldığına görə “istiğasə”[32] (övliyalara sığınmaq) bəhsini silərək çapa vermələridir. Səhihi-Müslimin şərhini isə, Allahın atributlarına[33] dəlalət edən hədisləri çıxartmaqla, yenidən çap etdilər.[34]

Çox təəssüf ki, ənənəvi hala çevrilmiş bu tip işlər vəhhabilər arasında geniş yayılmışdır; хüsusilə, Әhli-beytin (ə) şanlı ömür yolunu və fəzilətlərini, eləcə də xəlifələrin və ya səhabələrdən birinin düçar olduğu xəta və büdrəməni özündəəks etdirən real tarix və hədislər bu çirkin siyasətin bir nömrəli qurbanlarıdır.

Digәr bir nümunəyə nəzər salaq: Təbəri “Cameul-bəyan” adlı təfsirində«Şüәrа» surәsinin 214-cü ayəsini şərh edərkən, Peyğəmbərin ilk dəvəti zamanı bu sözləri söyləməsini nəql edir: “Sizlərdən hansı biriniz bu işdə (peyğəmbərlik vəzifəsində) mənə vəzir və yardımçı olmağa hazırdır? Belə bir şəxs mənim qardaşım və... sayılır.[35] Bu vəzifəni Həzrət Əli (ə) qəbul etdikdən sonra Peyğəmbər (s) Əliyə (ə) xitabən buyurdu: “Sən mənim qardaşım və... sayılırsan.[36] Mötəbər tarix kitablarından sayılan Tarixi Təbəriyə müraciət etməklə düşünürük ki, təkrarlanmış nöqtәlərin yerinə (ya ərəbcədə “kəza”ların yerinə) “vəsiyyi və xəlifəti” yəni, “mənim vəsim və canişinimsən” sözləri olmuşdur ki, təhrifə uzanan əllər vasitəsilə götürülmüş vəəvəzində heç də aydın olmayan (nöqtәlәr) sözlər işlədilmişdir. Əlbəttə оnlаr bu kimi yаrаmаz işlәri bu növ hədislərin onların düşüncə tərzi ilə uyğun gәlmәsi sәbәbilә hәyаtа kеçirirlәr.

Bəzi hallarda isə xəlifələrin büdrəmələrini və yaxud Əhli-beytin (ə) fəzilətlərini bir neçə nöqtə iləəvəz edir. Artıq, oxucu bu nöqtələrin həssas, həlledici və tarixin taleyini əvəz еdә biləcək mətləblərin qarşılığında qoyulduğundan xəbərdar deyil.

Bəzən də hədisin öz inancları ilə uzlaşmayan hissələrini ixtisara salırlar. Necə ki, vaxtilə Buxari də bir çox yerlərdə həmin metoddan istifadə etmişdir. Məşhurluğuna görə toxuna bilmədiklərini isə, əldə heç bir sənəd-sübut olmadan etibarsız və yetərsiz olduğunu isbat etməyə çalışırlar. İbn Teymiyyə Qədir-Хum, Vilayət və digər hədislərlə dә məhz bu cür davranmışdır. Bir sıra yerlərdə isə hədisin tamam başqa bir məna ifadə etməsi üçün sözləri dəyişdirirdi. Nümunəsi isə “Leylətul-məbit” hadisəsində «Bаtә әlа firаşihi» (öz yerində gecələdi) cümləsinin yerinə, «Balə әlа finаşihi»yəni, (yerinə islatdı) sözünün gətirilməsidir.

Bəzi kitablarda hədisin göstərilmiş qaynağına müraciət edərək, o hədisin orada tapılmaması, vəhhabilərin azaltma yolu ilə təhrif etmələrini bir daha göstərir!

Burada “Əman” hədisini sözümüzə nümunə gətirmək olar. Peyğəmbərdən (s) nəql edilmiş bu hədisin məzmunu belədir:

“Ulduzlar yer əhalisinin təhlükəsizliyini təmin etdiyi kimi, mənim əhli-beytim də ümmətimin ayrıseçkilik və ixtilaflar qarşısında təhlükəsizliyini təmin edir”.

Bu rəvayəti bəzi qaynaqların Əhməd ibn Hənbəlin müsnədindən nəql etməsinə baxmayaraq, hazırda bu hədis o kitabda mövcud deyil.

Eləcə də Peyğəmbərin (s) “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.” məzmunlu buyurduğu hədisi İbn Əsir Cameul-usul kitabında, Süyuti Tarixul-xüləfada və İbn Həcər Әs-səvaiqul-mühriqəəsərində Səhihi-Tirmizidən nəql edirlərsə də, hazırda Müslimin səhihində bu rəvayətlərdən əsər-əlamət görünmür.

3 – Kitabların iхtisаr еdilmәsi
Hədis, tarix və təfsir kitablarının orijinal mətnlərini iхtisаr еtmәk vəhhabilərin digər bir təbliğ metodlarından hesab olunur; оnlar kitabları, oxucu daha çox fаydаlаnsın deyə xülasələşdirmək bəhanəsi ilə, etiqadları ilə qeyri-müvafiq hissələri ixtisara salırlar. Daha sonra onu çapxanalara verərək qısaldılmış formada çаp еdәrәk yаyırlаr. Onlar reallıqları beləcə dəyişdirərək hədis, təfsir və tarixin danılmaz həqiqətləri kimi xalqa təlqin edirlər.

Xatırladırıq ki, biz geniş və iri həcimli kitabların qısaldılması və xülasə şəklinə gətirib çıxardılması ilə müхаlif deyilik; əslində yaşadığımız dövrdə insanların məşğuliyyəti çохаldığınа görә, geniş həcimli kitabların mütaliəsinə fürsət azaldığından, kitabları iхtisаr еtmәk gərəkli sayılır. Lakin biz qərəzli və yalnız əqidə yönümündə xülasələşdirmənin əleyhinəyik.

Bu qısa tarixi kitablarda xəlifələr - Müaviyə, Yəzid və bəzi səhabələr barəsində söylənilmiş mənfi xüsusiyyətlər və tənələr ixtisara salınır, həmçinin Әhli-beytin (ə) fəzilətləri, kitabın müxtəlif yerlərindən asanlıqla götürülür; halbuki, xəlifələr və bəzi səhabələrə dair qondarılmış saxta hədislərə toxunulmur! Bu çirkin əməl və mədəni cinayətlə tarixi hadisələri аrаşdırаn oxuculara nə dərəcədə zülm olunduğu heç kimə gizli deyil. Necə də qeyri-müqəddəs şəxslər müqəddəs sayılır. Əvəzində isə, əsil müqəddəs şəxsiyyətlər yaddaşların arxivinə ötürülür.

4 – Həcc mövsümündən istifadə edilməsi
Vəhhabilərin təbliğ üsullarından biri də, həcc mövsümündən lazımınca bəhrələnməkdir. Bildiyiniz kimi, hər il həcc mövsümü zamanı dünyanın hәr tərəfindən yüzminlərlə hacı bir yerə toplaşırlar. Vəhhabilər yaranmış vəziyyətdən öz fikirlərinin yayılması üçün sui-istifadə edir və bunu ən əlverişli fürsət sаnırlаr. Öz təbliğatçılarını müxtəlif dilli hacılar arasında bölüşdürür, elmi mühazirələr, kitab hədiyyə etmək və elm xadimlərini elmi mәrkәzlәrә dəvət etməklə öz məzhəblərinə tərəf çәkirlər. Hətta son zamanlar qеyri-әrәb hacılar arasında müхtәlif dillәrdә yüksək tirajda nəşr edilmiş anti-şiə xarakterli kitabların pulsuz paylanması müşahidə edilir. Çox gizli şəkildə təxribat xarakterli yazılmış bu kitablar öz inanclarını isbat, şiə və digər İslam məzhəblərinin əqidələrini bаtil göstәrmәyә xidmət edir.

Unutmamalıyıq ki, vəhhabilərin puç əqidələrindən yalnız şiələr deyil, əhli sünnə məzhəbləri də təsirlənmiş, onların inanc və rəftarlarından təngə gəlmişlər. Onların məğlubiyyətinin bir nümunəsini Əl-qaidə və Taliban qruplaşmasında və onun aqibətində axtarmaq olar.

Nüfuzlu şəxsiyyətlərdən birinin açıqlamasına görə, Tacikistanda vəhhabilər tərəfindən böyük bir bağ hazırlanmış, mədəniyyət və elm adamlarının adları universitet və məktəblərdə tədris etmək üçün qeydə alınmış, üç ay müddətində kiçik bir kursu bitirdikdən sonra, içərilərindən seçilmiş 400 nəfər Səudiyyə Ərəbistanına yollanmışdır. Onlar Mədinə şəhərinin “Əl-İsmailiyyə” universitetində iki il təhsil alaraq, vəhhabiliyin əsaslarını və şiə mədəniyyəti ilə mübarizə yollarını öyrəndikdən sonra Tacikistanın ayrı-ayrı şəhərlərinə və orta Asiyanın digər bölgələrinə göndərilmişdir. Azərbaycan respublikasında da buna bənzər iş görülmüş, hətta imamların (ə) adını daşıyan şəxslərin adları dəyişdirildikdən sonra vəhhabi düşüncələrinin gələcəkdə təbliğatçısı olmaq üçün mərkəzi ölkəyə (Səudiyyə Ərəbistanı) göndərilmişdir. Təkcə 2002-ci il həcc mövsümündə, 685 аddа on milyon cild kitab dünyanın 20 əsas dilinə(əksərən anti-şiə xarakterli), Səudiyyə dövləti tərəfindən Allah evinin ziyarətçiləri arasında paylanılmışdır.[37]

Sәudiyyә Әrәbistаnının Qәtif şәhәrindәn оlаn tаnınmış bir ruhаni 2003-cü ildә Mәkkәdә оlаrkәn bizә bir fаktı söylәdi: «Şiәliyin әlеyhinә yаzılmış «Әllаh, sümmә lit-tаriх» kitаbı böyük yük mаşınlаrınа dоldurulаrаq Qәtif vә İhsа kimi şiә bölgәlәrinә gәtirilir vә хаlq аrаsındа pulsuz pаylаnılır.»

Sözügedən kitabın 2001-ci ildә Küveyt respublikasında yüz min tirajda nəşr edilərək yayılması isə dindar alim Mehri cənablarının (ali dini lider Əli Xameneinin nümayəndəsi) etirazına səbəb oldu. O, Küveyt dövlətinə ünvanladığı məktubda bildirdi ki, әgər təhqiramiz və anti-şiə xarakterli yazılmış bu kitabın nəşr və yayılmasının qarşısı alınmazsa, Küveyt, regionda ikinci bir Livana çevrilə bilər.[38]

5 – Şiəliyin əleyhinə yağdırılan iftiralar
Misirli yazıçı Doktor Əbdullah Qərib yalan və töhmətlə dolu “və caə dоurul-məcus” kitabında yazır:

“Xоmeyninin qiyamı İslam, ərəb və Mәhəmmədlə (ə) heç bir bağlantısı olmayan, məcus (atəşpərəst, zərdüştə inanan), əcəm (qeyri-ərəb, iranlı və Kəsraya (Sasanilər sülaləsinə) mənsub qiyamdır.[39]

Sanki bu sözlər Doktor Əbdüllahın ürək yanğısını soyutmur. O, kin-küdurət və düşmənçiliyini son həddə çatdıraraq yazır: Tehran rəhbərlərinin İslam üçün yəhudilərdən daha artıq təhlükəli olduğuna şübhə etmirik. Onlardan heç bir xeyir gözlənilmir. Bunu da gözəl bilirik ki, onlar müsəlmanlarla müharibə məqsədi ilə tezliklə yəhudilərlə birləşəcəklər.[40]

Hazırda İslam respublikasının işğalçı sionist rejimi üçün bir nömrəli düşmən olduğu bütün dünyaya аşkаr оlduğu bir halda, bu sözlərin reallıqdan nə qədər uzaq olmasına dair danışmağa ehtiyac duyulmur. Əslində bu sistem İslam inqilabı zəfər çaldıqdan dәrhаl sonra Fələstin səfirliyini qəsbkar İsrail dövlətinin səfirliyi yerinə açmasını, özünün iftixarı hesab edir.

Mədinə şəhərinin universitet müəllimlərindən olan elmlər doktoru Nasirəddin Qəffari doktoranturalığı üçün dissertasiya müdafiəsi sayılan “Üsulu məzhəb əş-şiəəl-imamiyyə” adlı tədqiqat əsərində yazır:

“Xоmeyni öz adını namazın azanında yerləşdirərək Peyğəmbərin (s) adından belə önə keçirmişdir. İranda namazlarda azan bir qayda olaraq bu şəkildədir: Əllahu əkbər, Əllahu əkbər, Xоmeyni rəhbər; yəni Xоmeyni bizim öndər və başçımızdır, daha sonra isə (deyirlər) Əşhədu ənnə Mәhəmmədən rəsulullah!..”[41]

İslam inqilabından sonra İranın müxtəlif şəhər və ölkədaxili məscidlərinə gələn hər kəs bu yersiz nisbətin yalan olduğunu anlayar. Həqiqət budur ki, namaz qılanlar namazı bitirdikdən sonra cəm şəkildə dua edərək İmam Xоmeyninin rəhbərliyini bir daha təsdiqləyir və onun xəttində sadiq qalacaqlarını elan edirlər.

Şiəliyə qarşı hücumа kеçmәyin bir səbəbi
Vəhhabilərə, Әhli-beyt məzhəbi ilə münasibətdə kəskin mövqe tutmalarına və anti-şiə təbliğat kompaniyasının proqramlarının sürətləndirməkdə hərəkətverici qüvvələrdən biri də onların, müsəlmanların bu cazibədar məzhəbə sürətlə axınından qorxmalarıdır. Doğrudan da, Qurani-Kərimdən ilham almış mədəniyyətin cavanlar və ziyalı şəxslər arasında geniş yayılması və onların Məhəmmədin (s) həqiqi sünnəsi ilə müvafiq olan işıqlı təlimini rəğbətlə qarşılaması vəhhabiləri son dərəcə dəhşətə gәtirir. Burada bir neçə nümunəyə diqqət yetirməyimiz yerinə düşər:

Doktor İsamüddin “Əl-imam Mәhəmməd bin Səud” universitetinin məzunu, Bin Bazın (Səudiyyənin ən böyük müftisi) şagirdi, eləcə də Sənan şəhərinin böyük məscidlərindən birinin İmam-camaatı və Yəməndə vəhhabiliyin təbliğatçısı idi. Şiəlikdə küfr və şirk ünsürünü isbat etmək üçün “Əş-şiə bеynəl-isna əşəriyyə və firəqul-Qulat” (dində küfrlə nəticələnəcək ifrata varanlar) adlı kitabının müəllifi olan bu şəxs cavan bir şiə ilə tanışlıqdan sonra Әhli-beyt məzhəbinin nurani mədəniyyəti qarşısında diz çökərək, vəhhabilikdən şiəliyə üz gətirir.

Doktor İsam elə bu münasibətlə qələmə aldığı kitabında yazır: Vəhhabi qardaşlarımızın kitablarını oxuduqca, bizə aydın olur ki, gələcək, 12 imamçı şiә mәzhəbinin intizarındadır; çünki onlar (vәhhаbilәr) (radikal olduqlarına görə) vəhhabilər və digər müsəlmanların bu məzhəbə sürətlə axınına bais olurlar.

Daha sonra Mədinə İslam universitetinin müəllimi Şeyx Əbdüllah Əl-Quneymandan nəql edərək yazır:

“Artıq vəhhabilərə mә’lum оlmuşdur ki, İmamiyyə şiəliyi gələcəkdəəhli sünnəni və vəhhabiliyi özünə cəlb edə biləcək yeganəməzhəbdir.”[42]

Səudiyyənin adlı-sanlı yazıçılarından sayılan Şeyx Rəbi ibn Mәhəmməd cənabları yazır:

“Mənim üçün son dərəcə təəccübdoğurucu haldır ki, bizim bəzi qardaşlarımız, o cümlədən Misirdə tanınmış və görkəmli alimlərdən birinin övladları, eləcə də elmi dairələrdə uzun müddət bizimlə çalışmış elm аdаmlаrı, habelə bizim saflıqlarına inandığımız qardaşlarımızdan bir qrupu “şiəlik” adlı yolun ardıcılına çevrilmişlər. Asanlıqla düşündüm ki, müsəlman aləminin digər nümayəndələri kimi, bu qardaşları da İslam inqilabının nurlu və gözqamaşdırıcı şüaları heyran etmişdir.[43]

Vəhhabilərin digər məşhur yazıçılarından biri Şeyx Mәhəmməd Məğravi deyir:

“On iki imamçı şiə məzhəbinin şərq dünyasında geniş yayılması məni qərb ölkələrinin cavanları üçün (cavanların bu məzhəbə yönəlməsi üçün) qorxuya saldı...”[44]

Bu barədə Mədinə universitetlərinin müəllimi, elmlər doktoru Nasir bin Əbdüllah bin Əli Qəffari isə yazır:

“...Tam qətiyyətlə deyə bilərik ki, bir çox müsəlman gənclərinin şiəliyə meyl еtməsinin səbəbi on iki imamçı dahilərin qatlaşdığı əziyyətlərə görədir. “Ünvan Əl-Məcd fi tarixil-Bəsrə və Nəcd” kitabında bəzi qəbilələrin əhalisinin tamamilə şiəliyə üz gətirmələri haqda yazılаnlаr hər bir mütaliəçini dəhşətə gətirir.”[45]

Vəhhabi qələm ustalarından sayılan Şeyx Məcdi Mәhəmməd Əli Mәhəmmədin söylədikləri isə daha artıq maraq doğurur:

“Əhli sünnə cavanlarından biri təəccüblə yanıma gəldi. Onun heyrətlənməsinin səbəbini soruşduqda, bir şiə ilə ünsiyyətdə olduğunu anladım. Bu (yazıq) sünni cavanı isə şiələri rəhmət mələkləri və haqq meşəsinin şiri kimi təsəvvür etmişdi.[46]

Vəhhabilik – iхtilаfın başlıca amili
Çox təəssüf ki, XII əsrdə (h.q) vəhhabi təliminin meydana gəlməsi ilə İslam ümmətinin arasında bir çox ixtilaflar yarandı. Beləki, İslamın həyatbəxşedici göstərişlərindən ilham alaraq qardaşlıq əlaqəsini yarada bilmiş və tövhid cümləsinin (la ilahə illallah) şüası altında birləşərək, ağır xaç yürüşləri və daşürəkli Monqolların hücumları qarşısında yenilməyən müsəlman xalqı vəhhabilərin gəlişi ilə parçalanmağa başladı. Ekstremizm mövqeli bu təlim müsəlmanları bidət və şirkdə suçlamaqla, onların qırılmaz cәrgәlәrinә əvəzolunmaz zərbələr endirdi. Həmçinin, dini rəhbərlərin tarixi abidələrini məhv etmək və Allah elçilərinin və övliyaların məqamını kiçiltməklə, bədbəxt qərb müstəmləkəçiliyinin və İslamın uzun keçmişə malik olan düşmənlərinin xidmətçisinə çevrildi.

Vəhhabi təliminin bir nömrəli təbliğatçısı sayılan Mәhəmməd ibn Əbdül-Vəhhab h.q. tarixi ilə XII yüzillikdə müsəlmanları peyğəmbərlər və ilahi övliyalara sığındıqlarına görə müşrik və bütpərəst kimi qələmə verərək, onların kafir, qanlarının halal, öldürülmələrinin şəriәt baxımından qanuni, mallarının müharibə qənimətləri hökmündə olmasına dair fətva verdi. O, bu fətvaya əsasən minlərlə günahsız müsəlmanların qanına qəltan olunmasının səbəbkarı oldu.

Hazırda praktiki olaraq yadellilərin xidmətçisinə çevrilmiş vəhhabi müftiləri şiələrlə evlənmənin haram olmasına, onların kəsdikləri heyvanın nəcis olmasına və şiə fəqihlərinə zəkat verilməsinin qadağan olmasına dair fətva verməklə vəhdətə aparan bütün yolları (dövrümüzdə müsəlmanların birliyinə son dərəcə ehtiyac duyulduğu halda) üzlərinə bağlayırlar.

Şeyx Əbdüllah Cəbrin “Darul-ifta”nın üzvü və Ərəbistanın samballı elm xadimlərindən sayılır. O, zəkat və sədəqənin şiə fəqihlərinə verilməsinin düzgünlüyü haqda soruşulan sualı belə cavablandırır: “Zəkat kafir və dində bidət yaradanlara verilməməlidir. Rafizilər... şübhəsiz ki, kafirdirlər... onlara verilmiş sədəqə təkrarlanmalıdır (yenidən başqasına verilməlidir); çünki bu sədəqə onu küfr yolunda istifadə edəcək vəəhli sünnə ilə müharibə halında olan bir kimsəyə verilmişdir; Bu kimi insanlara zəkat vermək haram hesab edilir.”

Deyilənlərə görə Şeyx Əbdüllah şiəəleyhinə bir çox fətvaların, o cümlədən “şiələrin qətlinin düzgünlüyü” hökmünün sahibidir.[47]

Müftilər ittifaqının daimi heyət üzvü, “şiələrlə evlənmək olarmı?” sualını cavablandıraraq yazır:

“Əhli sünnənin şiə və kommunistlərlə evlənməsi düzgün deyil. Həyata keçmiş beləbir evlənmə batildir. Çünki, əhli-beytə pənah aparmaq şiələr arasında ənənəvi haldır. Bu isəən böyük şirk hesab edilir.”[48]

Bunu da nəzərə almaq lazımdır ki, bu elmi qrupun yəhudi və xristianlarla evlənməyə dair nəzərləri tam fərqli şəkildədir:

“Müsəlmanların kitab əhli ilə - istər yəhudi, istərsə də xristianla evlənmələri, qarşı tərəfin fasid olmadığı bir təqdirdə, şəriətə görə düzgün və maneəsizdir.”[49]

Yaxud da, Məkkə və Mədinə başçılarının himayəsi ilə nəşr edilən “Məsələət-təqrib” (məzhəblərarası yaxınlıq məsələsi) kitabında şiəlәrin müsəlman olmasının sübuta yetirilməsi onlarla vəhdət və yaxınlığın ilk şərti kimi qeyd edilmişdir.

Vəhhabilərin şiəliyin mahiyyətindən xəbərsiz olub, bu məzhəbə kənardan baxdıqları, öz ata-babalarının yolunu davam etdirərək, şiəlәri yəhudilərdən daha pis bilməklə, bəşər vicdanını ayaq altında qoyaraq, düşmənçiliklərinə and içmiş İslam müxalifləri iləəlbir olduğu bir halda, İslam ümmәtinin ehtiyaclarından sayılan, İslam məzhəblərinin yaxınlığınа və müsəlmanların birliyinə nail olmaq olarmı?

Sonda sələfilik və vəhhabilik haqda daha ətraflı məlumat əldə etmək istəyən əzizlər, müqəddəs Cəmkəran məscidinin nəşriyyatı tərəfindən çap edilmiş “Sələfigəri (vəhhabilik) və pasox be şubəhat” (Sələfçiliklə (Vəhhabilik) bağlı şübhələrə cavab) kitabına müraciət edə bilərlər.

Mündəricat

TOC \o "1-3" \h \z \u Mәhəmməd ibn Əbdül-Vəhhab. PAGEREF _Toc141853309 \h 3

Kərbəlada şiələrin amansızcasına qətlə yetirilməsi PAGEREF _Toc141853310 \h 3

Hicazda Taif əhalisinin kütləvi qırğını PAGEREF _Toc141853311 \h 3

Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar PAGEREF _Toc141853312 \h 3

Səudun Mədinədə dinə qarşı hörmətsizliklə söylədiyi küfrlə dolu xütbəsi PAGEREF _Toc141853313 \h 3

Tarixi abidələr və mədəniyyət əsərlərinin məhv edilməsi PAGEREF _Toc141853314 \h 3

Məkkə böyüklərinə mənsub tarixi abidələrin dağıdılması PAGEREF _Toc141853315 \h 3

Böyük kitabxanaların yandırılması PAGEREF _Toc141853316 \h 3

Mədinədə dahilərin abidələrinin məhv edilməsi PAGEREF _Toc141853317 \h 3

Vəhhabilərin bir sıra inanc və şərii fətvalarının xülasəsi PAGEREF _Toc141853318 \h 3

Müsəlmanlar Vəhhabilərin gözündə. PAGEREF _Toc141853319 \h 3

Vəhhabilər və Xəvaricin oxşar cəhətləri PAGEREF _Toc141853320 \h 3

Vəhhabilərin təbliğat və təşviqat üsulları PAGEREF _Toc141853321 \h 3

2 – Kitabların məzmununun dəyişdirilməsi PAGEREF _Toc141853322 \h 3

3 – Kitabların iхtisаr еdilmәsi PAGEREF _Toc141853323 \h 3

4 – Həcc mövsümündən istifadə edilməsi PAGEREF _Toc141853324 \h 3

5 – Şiəliyin əleyhinə yağdırılan iftiralar PAGEREF _Toc141853325 \h 3

Şiəliyə qarşı hücumа kеçmәyin bir səbəbi PAGEREF _Toc141853326 \h 3

Vəhhabilik – iхtilаfın başlıca amili PAGEREF _Toc141853327 \h 3

--------------------------------------------------------------------------------

[1] İbn Teymiyyənin fikirləri ilə daha ətraflı tanışlıq üçün sələfilik kitabına (Vəhhabilik və şübhələrə cavab) müraciət edə bilərsiniz, həmin nəşriyyat.

[2] Bir çox kitablarda Şeyx Məhəmmədin hicri-qəməri tarixinin 1115-ci ildə (1695 m. t.) doğulduğu göstərilir. Bax: Vəhhabi məzhəbi, müəllif: Cəfər Sübhani, Azərb. dilinə tərcümə edən: Yusif Bağırov, səh. 16; Vəhhabi əqidəsinəəqli bir baxış, Nəcmuddin Təbəsi, dilimizə çevirəni: Maqsud Sayıl, c. 1, səh. 13 (mütərcim)

[3] Bax: Tarixe-Nəcd, Alusi, Əs-Səvaiqul-ilahiyyə, Süleyman ibn Əbdül-Vəhhab; Fitnətul-Vəhhabiyyə.

[4] Cəzirətul-ərəb fil-qərnil-işrin, səh. 341

[5] Əl-muxəttətul-istimariyyə limukafəhətul-islam, səh. 78

[6] Həmin qaynaq, səh. 105

[7] Tarixul-məmləkəəs-səudiyyə, c.3, səh. 73

[8] Ünvanul-məcd fi tarixi Nəcd, c. 1, səh. 121, 1216-cı (h.q) ilin hadisəsi.

[9] Tarixçeye nəqd və bərrəsiye vəhhabiha, səh. 162

[10] Məsiru-Talibi, səh. 408

[11] Mazi ən-Nəcəf və haziruha, c. 1, səh. 325

[12] Tarixul-məmləkətus-səudiyyə, c. 1, səh. 92 Bəzi yazılarda vəhhabilərin Kərbəlaya hücumlarını 12 ildən artıq davam etdiyi göstərilir. Bax: “Vəhhabi məzhəbi” Cəfər Sübhani, Azərbaycancaya çevirəni: Yusif Bağırov, səh. 19 (mütərcim)

[13] Əl-fəcrus-sadiq, səh. 22

[14] Seyful-Cəbril-məslul-ələl-əda, Şah Fəzl Rəsul Qadiri, səh.2

[15] Tarixe Vəhhabiyan, səh. 33

[16] Həmin qaynaq, səh. 74

[17] Maidə, 3

[18] Tarixe Vəhhabiyan, səh. 107

[19] Bəqərə, 248

[20] Nur, 36

[21] Dürrül-mənsur, səh. 203

[22] (ərəbcə) c. 2, səh. 288

[23] Reybətu İbn Cübeyr, səh. 173, Ətraflı məlumat əldə etmək istəyənlər, tanınmış alim və bacarıqlı fəqih Həzrət Ayətullah Sübhaninin “Vəhhabiyyət, Məbaniye fikri və karnameye əməli” əsərinin 149-179-cu səhifələrinə müraciət edə bilərlər.

[24] Kəşful-irtiyab, səh. 27, tarixi Cəbərətidən nəql edərək.

[25] Bax: Nəsihəti li-ixvanina ən-nəcdiyəyn.

[26] Bax: Tarixu Ali-Səud, c. 1, səh. 158; Kəşful-irtiyab, səh. 187-324; Əyani əş-şiə, c. 2, səh. 72; Əs-səhih min sirətin-nəbiy əl-əzəm, c.1, səh. 81; Ali Səud min əyn ila əyn, səh. 47.

[27] Bax: ər-rəsail əl-əməliyyə, Muhəmməd ibn Əbdül-Vəhhab, səh. 79; Təthirül-etiqad, Sənani, səh. 17; Təthirül-məcid, səh. 40, 41; Kəşful-Şubəhat.

[28] Səhihi-Buxari, Kitab ət-təuhid, 57-ci fəsl, 7123-cü hədis.

[29] “İrşadus-sari”, c. 15, səh. 626

[30] Məcmuu-fətava, İbn Feymiyyə, c.13, səh. 32

[31] Əs-sələfiyyə bəynəəhlis-sunnə vəl-imamiyyə, səh. 680

[32] “İstiğasә” sığınmaq, pənah aparmaq mənasınadır. Əvvəldə qeyd edildiyi kimi, ilahi şəxslərə sığınmaq (istiğasə etmək) Vəhhabilərin nəzərində haram və şirkdir.(mütərcim).

[33] Vəhhabilər Quranda Allahın sifətləri haqda buyurulmuş ayələrin zahiri mənaları ilə kifayətlənərək, Allahın maddi əli ya ərşi (taxt-tacı) olduğunu deyirlər. Bu mənalar isə, hər bir maddədən uzaq, mütləq vücud sahibi, ehtiyacsız Allahla uzlaşmadığından, Müslim hədislərdə bu mənaları əqli və məntiqi şəkildə şərh edibdir. Məsələn Allahın əli dedikdə Onun qüdrəti nəzərdə tutulur. Vəhhabilər isə zahiri olduğundan şərh edilmiş bu hədisləri kitabdan götürüblər.

[34] Rududun əla Şubuhat əs-sələfiyyə, Şeyx Deyrsəvi, səh. 249.

[35] Orijinalda, təkrarlanmış “və” bağlayıcısının yerinə “kəza və kəza” sözləri qeyd edilmişdir. Buradan aydın olur ki, Peyğəmbər başqa sözlər də söylədi. Amma burada Həzrətin (ə) daha nə buyurduğu açıq-aşkar göstərilmir. Dilimizdə bəzi cümlələrin sonunda üç nöqtə (...) yazılmasını buna bənzətmək olar. Yuxarıda isə nöqtәlәrin təkrarlanması “kəza və kəza” sözününü qarşılığında işlədilmişdir. (mütərcim).

[36] Cameul-bəyan, həmin ayəni şərh edərkən.

[37] Miqat jurnalı, 43-cü sayı, səh. 198, 11. 9.81(h. şəmsi ilə) tarixdə dərc edilmiş Ukkaz qəzetindən nəql edərək.

[38] 30.6. 2001-ci il tarixli “Ər-rəyul-am Əl-Kuveytiyyə” qəzeti. Məlum məktub internetin müxtəlif saytlarında özünə yer tapmışdır.

[39] Və caə dоurul-məcus, səh. 357. göründüyü kimi Doktor Əbdullah, İmam Xоmeyninin ərəb olmaması, iranlıların qədimdə atəşpərəst, Zərdüşt dininə mənsubluqları və Sasanilər sülaləsinin törəmələri olması kimi yersiz cəhətləri qabardaraq, onun qiyamının İslami cəhətdən etibarsız və qeyri-müqəddəs olmasını isbat etməyə çalışır. Lakin qeyd etmək lazımdır ki, əvvəla qeyri-ərəbliyin nöqsan sayılması, İslami meyarlara sığmayan, milli təəssübkeşlik hissindən qaynaqlanır. Digər tərəfdən isə, İmam Xоmeyni əziz Peyğəmbərin (s) nəslindən vəərəb mənşəli şəxsdir. Yəni, bu qanunsuz meyarın şərt sayılacağı təqdirdə belə, ona aid edilməsi düzgün deyil. Digər iki xüsusiyyət isə, İslami İnqilabın mahiyyətinə məntiqən zərər yerirmir (mütərcim).

[40] Həmin qaynaq, 374

[41] Üsulu məzhəb əş-şiə Əl-imamiyyə, c. 3, səh. 1392

[42] Həmin qaynaq, səh. 178

[43] “Əş-şiətul-imamiyyə fi mizanil-İslam”, kitabın müqəddiməsi, səh. 5.

[44] “Mən səbbəs-səhabə və Müaviyə fəummuhu haviyəh” kitabının müqəddiməsi, səh. 4

[45] Muqəddimətu usul əş-şiəəl-imamiyyəəl-isna əşəriyyə, c. 1, səh. 9.

[46] İntisarul-həqq, səh. 11 və 14.

[47] Bərqozideye əxbar (xəbərlərdən seçmələr) 16-cı sayı, 7. 9. 80 tarixli (h.q) səh. 13

[48] Fətava əl-cənnəh əd-daimə lil-buhus əl-elmiyyə vəl-ifta, c. 18, səh. 298

[49] Həmin qaynaq, c. 18, səh. 315

VƏHHABİ FİTNƏSİ

ƏLİ ƏSĞƏR RİZVANİ

Tarix boyu Mәhəmməd (s) və onun pak Əhli-beytinə (ə) mənsub mədəniyyətin yayılma prosesi, bir çox qərəzkarlıq və düşüncəsizliyə məruz qalmışdır. Bu ədəbsizlik, Vəhhabilik və Sələfilik təfəkküründəbariz şəkildə özünü göstərir. Bu ideologiya, bütün dünya müsəlmanlarını dindən xaric edərək, yalnız özlərini müsəlman sanır. Bu təfəkkür tərzinin nümayəndələri –bir qrup bədxah şəxslər, yüksək insani dəyərləri özündəəks etdirən bir dini, kobud və iyrənc şəkildə tanıtdırmaqla, dünya müsəlmanlarını və digər dinləri problemlə üzləşdirmişlər. İslam peyğəmbərinin (s) övladları ilə müxalifətə qalxan İbn Teymiyyə, bu tərzi-təfəkkürün banisi sayılır. Onun görüşləri yeddinci yüzillikdən on üçüncü yüzilliyə (h.q.) qədər unudulmuş və İslam məzhəblərinin ziyalı təbəqəsinin etirazına səbəb olsa da, bir əsrə yaxındır ki, bu təmayülçü ideya yenidən İslam cəmiyyətində baş qaldırmış və müəyyən şəxslər tərəfindən müzakirə obyektinə çevrilərək özünə geniş auditoriya tapmışdır. Burada təmayülçü fikir cərəyanlarını tanıtdırmaqla, İslami birliyin nə ilə ölçülməsini açıqlamaqda İslam mütəfəkkirləri məsuliyyət daşıyır. Şübhəsiz, ətrafında toplaşacağımız bu meyar, Mühəmmədə (s) mənsub xalis İslam dinidir. Əziz İslam peyğəmbərinin (s) Əhli-beytinə (ə) sevgi və itaət əsasında qurulmuş bu meyarın kobud rəftar, yersiz fiziki təsir, əxlaq normalarından kənar sözlər, terrorizm, bombardman kimi mənfi xüsusiyyətlərlə heç bir əlaqəsi yoxdur. Elmi yığıncaqlarda sağlam bir ortamda münazirələr – disputlara girərək həqiqi və xalis təfəkkür tərzini göstərmək üçün, bu çirkin və siyasi təmayülçü hərəkata ehtiyac duyulmur. Əgər söylədikləri doğrudursa bilik, düşüncə və məntiq meydanı onların yolunu gözləyir.

İran İslam respublikasında İmam Xomeyninin başçılığı altında böyük İslam inqilabı zəfər çaldıqdan və bu inqilab, ali dini lider Ayətullah Xamenei tərəfindən idarə edildikdən sonra, Sihyonist rejiminin və dünya hegemonlarının, İslamın orijinal ideologiyasına yönəlmiş hücumlarıyeni müstəviyə keçdi.

Sonra müqəddəs Cəmkəran məscidinin vəqf əmlaka qəyyumluq vəzifəsinin məsulu Ayətullah Vafiyə, hörmətli müəllif ustad Əli Əsğər Rizvani cənablarına, eləcə də Əhli-beytinə (ə) maarifinin rəvac tapmasında bəzə kömək edən bütün əzizlərimizə dərin təşəkkürümüzü bildiririk. Ümid edirik ki, kitab oxucularımız tərəfindən layiqincə qarşılanacaq və Allahın razılığını əldə edəcəkdir.

دیدگاه ها

ارسال ديدگاه جديد

(لطفا از درج سوال در ديدگاه ها خودداري فرماييد براي طرح سوالات خود به اين آدرس مراجعه فرماييد)

  • آدرس های وب و ایمیل به صورت اتوماتیک به لینک تبدیل می شوند.
  • تگ های مجاز : <a> <br><em> <strong> <cite> <code> <ul> <ol> <li> <dl> <dt> <dd>
  • خطوط و پاراگرافها به صورت اتوماتیک جدا سازی می شود.
  •  

 

کد امنیتی
این سوال برای آزمایش کردن شما است که آیا شما یک بیننده واقعی ( انسان ) هستید و یا یک رایانه برای ساخت اسپم .
1 + 0 =
دو عدد را جمع کنید و وارد کنید . به عنوان مثال 1+3 را باید 4 وارد کنید .